"Rusiya prezidenti Vladimir Putin “sülh adamıdır” və ölkəsini Qərb ekspansiyasından qorumağa məcburdur".
"Unikal" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikası prezidenti Milorad Dodik deyib.
"Qərbdə Putinin adı çəkiləndə başlayan bütün isteriyaya baxmayaraq, mən onu hələ də sülh adamı hesab edirəm. Putin Moskvaya yaxınlığına görə Rusiyanı Qərb ölkələrinin, xüsusən də Ukraynanın ekspansiyasından qorumağa məcburdur", - o, oktyabrın 5-də İsveçrənin “Die Weltwoche” nəşrinin baş redaktoru Rocer Köppelə müsahibəsində deyib.
Siyasətçi hesab edir ki, hazırda Ukrayna münaqişəsi getdikcə Rusiya ilə Qərb arasında münaqişəyə çevrilir və bu münaqişədə Ukrayna Qərb paytaxtları üçün "girov itkisinə" çevriləcək.
Gülayə Mecid