Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsindəki ilk matçında uduzub.
"Unikal" xəbər verir ki, Rəcəb Fərəczadənin çalışdırdığı kollektiv Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə yenilib.
Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.