ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1.53% azalaraq 1 barelə görə 79.69 ABŞ dolları təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 1.58% azalaraq 1 barelə görə 75.92 ABŞ dolları olub.