İtaliyalı futbolçu Marko Kurto matç zamanı cənubi koreyalı rəqibinə “Ceki Çan” dediyinə görə cəzalandırılıb. 

"Unikal" xəbər verir ki, hadisə ötən ilin yayında "Komo" və "Vulverhempton" komandaları arasında keçirilən yoldaşlıq oyununda baş verib.

Cənubi Koreyalı Hvanq Hee Çanı bir mövqedən sonra "Jackie Chan" adlandıran Kurto FİFA tərəfindən günahkar bilinib.

Futbol rəhbəri FİFA italyan müdafiəçiyə irqçi ifadələr işlətdiyi üçün 10 oyunluq cəza verib.

Gülayə Mecid