ABŞ-nin Cənubi Karolina ştatında yaşayan 35 yaşlı Kristen və 36 yaşlı Nik Lammertin 4 övladı var.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hər biri müxtəlif yaşlarda olan qızları maraqlı edən onların hamısının eyni tarixdə, planlaşdırılmamış doğulmasıdır. 

Cütlüyün doqquz, altı, üç və iki aylıq qızları avqustun 25-də dünyaya gəlib. Mütəxəssislər bu vəziyyətin baş vermə ehtimalının 17 milyardda 1 olduğunu ifadə ediblər. 

Kristen və Nik 2009-cu ildə tanış olublar, 2014-cü ildə isə evləniblər.