MDB sammitində iştirak etmək üçün Moskvaya gedən Ermənistanın baş naziri Nikol Paşinyan paytaxtın ətrafını velosipedlə gəzib.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntüsünü o, sosial şəbəkə hesabında paylaşıb.
"Moskva çayının sahilində çox yaxşı bir velosiped yolu var və bu gün velosiped sürdük", - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Ermənistanın baş naziri öz ölkəsində və səfər etdiyi şəhərlərdə velosiped sürməyi ənənə halına çevirib.