Misli Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. 5 qol arasında "Araz-Naxçıvan"nın üzvü Bernardo Dias sentyabrın 13-də 6-cı tur çərçivəsində “Kəpəz”ə vurduğu qol ən çox emoji toplayıb. Yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.
Qeyd edək ki, qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.