ABŞ İranla müharibəyə can atmır və İsraildən Tehranın son raket hücumuna cavabını aydınlaşdırmasını istəyir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
ABŞ-nin Tehranın son raket hücumuna cavab olaraq İsrailin atacağı hər hansı hücum hərəkətini dəstəkləyib-dəstəkləməyəcəyi sualına Sinq, "Biz İranla müharibə istəmədiyimizi açıq şəkildə bildirdik" deyə cavab verib.