"MDB ailəsini əvvəlki tərkibi ilə bərpa etmək istəyirəm".
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən sammitdə bəyan edib.
"Çox yaxşı olardı ki, Gürcüstan ailəmizə qayıtsın, Moldova tam şəkildə iştirakını bərpa etsin, Ukrayna hakimiyyəti özünə gəlsin və biz normal həyatın bərpasında iştirak edək. Mən tam əminəm ki, bu, baş verəcək. Bu, sadəcə, vaxt məsələsidir", - Lukaşenko deyib.
Belarus lideri vurğulayıb ki, ölkələr sahib olduqlarını dəyərləndirməlidirlər: "Əməkdaşlığımızı kəsməyənlərin hamısı bu gün layiqli nəticələr göstərir. Onlar öz ölkələrinin idarəçiliyini itirməyiblər, beynəlxalq münasibətlərin tam subyekti olaraq qalırlar".
Ağarza Elçinoğlu