AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir.
"Unikal" xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
“Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın 141 - Çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”, - deyə sədr qeyd edib.