Müstəntiqlər istintaqla əməkdaşlıqdan imtina edən keçmiş vəkil Elman Paşayevin ittiham olunduğu cinayətin digər epizodlarında iştirakını yoxlayır.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Hüquq-mühafizə orqanları təqsirləndirilən Paşayevin digər oxşar cinayətlərdə əli olub-olmadığını yoxlayır, cinayət işində digər dələduzluq epizodları da ola bilər, istintaq davam edir”, - deyə agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, vəkil sentyabrın 17-də Moskvada saxlanılıb.