Türkiyənin Adana şəhərində "mavi dil" xəstəliyi aşkar edilib.
"Unikal" xəbər verir ki, İmamoğlu adlanan ərazidə qoyunlarda "mavi dil" xəstəliyi aşkar edildikdən rayon karantinə alınıb.
Bildirilir ki, rayonda karantin, dezinfeksiya, ətraf mühitin dezinfeksiyası və təlim işləri aparılıb. Bütün məhəllələrdə karantin müddəti bitənə qədər iribuynuzlu mal-qara və qoyunların giriş-çıxışı qadağan edilib.
Xəstəliyin heyvanlardan insanlara keçib-keçməməsi isə sual altındadır.
Gülayə Mecid