“Azərbaycanla evdə keçirəcəyimiz oyunda xal qazanmaq üçün real şansımız var”.
"Unikal" xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Mattias Kyayt UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Hazırda Rumıniyanın “Rapid” klubunda çıxış edən yarımmüdafiəçi komandasının meydana istəkli çıxacağını bildirib:
“Bu stadion azarkeşlərin qələbəni səbirsizliklə gözlədikləri yerdir. Biz sabah mütləq şəkildə Azərbaycana qalib gəlmək istəyirik. Bu da 3 gün sonra İsveçlə keçirəcəyimiz qarşılaşmadan öncə motivasiyamızı yüksəldəcək. İstənilən rəqiblə oyun futbolçunu təzyiq altında saxlayır. Bunun performansımıza pis təsir etməməsi üçün çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda oynanılacaq Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.