Rusiya Dövlət Dumasının deputatları Bexan Baraxoev və Rizvan Kurbanov, həmçinin senator Süleyman Kərimov Çeçenistanın rəhbəri Ramzan Kadırova sui-qəsd sifariş verməyə cəhd ediblər.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüşü zamanı Kadırov özü deyib.
O, bildirib ki, sui-qəsddə ittiham etdiyi şəxslər günahsız olduqlarını sübut etməsələr, ona qarşı sui-qəsd sifarişi cəhdinin ardınca qan davası yarana bilər. Kadırov əlavə edib ki, sadalanan deputatların onun həyatına sui-qəsdin baha başa gəldiyini öyrəndiyini bilir və onun bunu təsdiq edə biləcək şahidləri var.
Ağarza Elçinoğlu