"Yaxın Şərqdə münaqişənin genişlənməsinin nəticələri region üçün fəlakətli olacaq".
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Təəssüf edirəm ki, artıq hərbi əməliyyatların coğrafiyası genişlənir. Biz görürük ki, indi Livan cəbhəsi əlavə olunub... Bütün bunlar, əlbəttə ki, mülki infrastrukturun məhvinə gətirib çıxarır" – Kreml nümayəndəsi İsrailin Suriyada mümkün əməliyyatı ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket hücumu həyata keçirib. İsrailə görə, Tehranın ölkə daxilində 180 raket atdığını, İran mediası isə 400-ü iddia edir.
Gülayə Mecid