Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinal oyununa çıxıb.

"Unikal" xəbər verir ki, yığma Çexiya ilə qarşılaşıb. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi üçüncü yer uğrunda mübarizə aparacaq. Rəqib Slovakiya - Serbiya cütünün məğlubu olacaq.