"Met Gala 2025"in mövzusu açıqlanıb.
"Unikal" xəbər verir ki, gecənin konsepti "Superfine: Tailoring Black Style" (“Əla: Qara üslubun tərzi”) olacaq. Belə ki, mövzu qaradərili kişilərin şəxsiyyətlərinin formalaşmasında rol oynayan geyim və üsluba həsr olunacaq və 18-ci əsrdən bu günə qədər olan dövrü əhatə edəcək.
Mövzu Kolumbiya Universitetinin Barnard Kollecinin Afrika Araşdırmaları professoru Monika Millerin “Moda qulları” kitabından ilhamlanıb.
Tədbir mayın ilk bazar ertəsi - mayın 5-də Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində keçiriləcək.