İspaniya Krallığı Futbol Federasiyası ölkə Superkuboku finalının qaydaları ilə bağlı dəyişiklik edib.
"Unikal" xəbər verir ki, həlledici oyunda əlavə vaxt ləğv olunub.
Federasiyanın komissiyası yarış qaydalarının dəyişikliyi ilə bağlı təklifi qəbul edib. Bunda sonra final matçı heç-heçə yekunlaşarsa, birbaşa penalti zərbələri yerinə yetiriləcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2019/2020 mövsümdən 4 komandanın iştirakı ilə keçirilib. Son qalib "Real" olub.