Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyasının (WPK) 79-cu ildönümü şərəfinə keçirilən şənliklərə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi dəbdəbəli rus Aurus avtomobili ilə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat dərc edib.
"Şimali Koreya lideri konsertə qızı ilə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Arus” limuzini ilə gəlib. O, avtomobildən ilk dəfə istifadə edib", - məlumatda qeyd olunub.
Konsert oktyabrın 10-da TPK-nın Mərkəzi Hazırlıq Məktəbində baş tutub. Orada Rusiyanın KXDR-dəki səfirliyinin aparıcı əməkdaşları, o cümlədən fövqəladə və səlahiyyətli səfir Aleksandr Matseqora da fəxri qonaq qismində iştirak ediblər.