Florida ştatında “Milton” qasırğası nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatının mərkəzi sahilində yerləşən Sent-Lusi qraflığında fırtına öncəsi tornado nəticəsində 6 nəfər ölüb. Sonradan məlum olub ki, Voluşa rayonunda evləri ağacların üzərinə uçan dörd nəfər ölüb.
Bundan əlavə, qasırğa həkimlərin vaxtında gəlməsinə mane olduğu üçün bir nəfər infarktdan dünyasını dəyişib. Digər əyalətlərdə daha üç nəfər ölüb