Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində adını açıqlamadığı Əməkdar artistin psixoloji problemlərdən əziyyət çəkdiyini bildirib.
"Müğənnilərdən biri verilişimdə hadisə çıxardı. Həkimlərdən biri reklam arasında mənə dedi ki, o, yazıqdır, şizofren kimi qeydiyyatdadır, ildə iki dəfə gedib psixiatrik xəstəxanada müalicə alır. Əməkdar artistdir".