Ermənistanda iqtisadiyyat nazirinin müavini Narek Teryan tutduğu vəzifədən istefa ərizəsi yazıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan"a nazirliyin mətbuat xidməti təsdiqləyib.
Teryan 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın qərarı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Ötən gün Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan və Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan da öz vəzifələrini tərk ediblər.
Ağarza Elçinoğlu