Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putinə türkmən şairi və klassiki Maqtimquli Fraqinin 300 illik yubileyi şərəfinə medal təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Berdiməhəmmədov şairin 300 illik yubileyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu xatırladıb "Fürsətdən istifadə edərək, bu məsələdə göstərdiyiniz dəstəyə və köməyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Hörmətli Vladimir Vladimiroviç, mən sizi xalqlarımız və ölkələrimiz arasında daha bir parlaq simvola çevriləcək “Maqtimquli Fraqi” yubiley medalı ilə təltif etmək qərarına gəldim. Təbrik edirəm". 

Ağarza Elçinoğlu