ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Geqarkunik və Martunidə Aİ müşahidəçiləri ilə görüşüblər.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının X şəbəkəsindəki hesabında məlumat qeyd olunub.
"Biz ABŞ-nin Ermənistandakı səfirliyinin və Dövlət Departamentinin nümayəndə heyətini Martunidə qəbul etməkdən məmnunuq. Aİ müşahidəçiləri son hadisələr və cari sahə işimiz haqqında dəyərli məlumatlar təqdim ediblər", - məlumatda deyilir.
Ağarza Elçinoğlu