Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə parlamentinin sədri ilə söhbəti zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Kazanda görüşü səbirsizliklə gözlədiyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"Putin bir həftə sonra Kazanda prezident Ərdoğanla ikitərəfli görüşəcək".
Prezidentin mətbuat katibi aydınlaşdırıb ki, Aşqabadda keçirilən “Zamanlar və sivilizasiyalar münasibətləri - sülhün və inkişafın əsası” forumunda Putin Türkiyə Böyük Millət Məclisinin sədri ilə “ayaq üstə” söhbət edib.
Kazanda BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Gülayə Mecid