Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenskini Böyük Britaniyanın keçmiş lideri Uinston Çörçillə müqayisə edib.

"Unikal" xəbər verir ki, Consonun müsahibəsindən bir parça "Pool N3" "Telegram" kanalında dərc edilib.

"İkinci Dünya Müharibəsi zamanı Çörçilə özünü şir kimi apardığını deyirlər. O da, cavab verdi ki, yox, şir olan mən yox, ingilis xalqıdır. Amma mənim şir kimi nəriltmək imtiyazım var. Eyni sözləri Volodimir Zelenski haqqında da demək olar. O, ukraynalıların hiss etdiklərini çox dəqiq nümayiş etdirir". 

Gülayə Mecid