Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünə start verilib.

"Unikal" xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyununda “Şahdağ Qusar” və “Kür-Araz” kollektivləri üz-üzə gəliblər.

Qarşılaşma Qusar klubunun qələbəsi ilə bitib - 3:1.

Beləliklə, "Şahdağ Qusar" II təsnifat mərhələsində "Araz-Naxçıvan"a rəqib olub.

Günün digər görüşündə “Şəfa” və “Saatlı-Araz” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. "ASK Arena"dakı oyun saat 16:30-da başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.