Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində "VAZ-2104" markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilli toqquşub.

Qəza nəticəsində "VAZ 2104"ün sürücüsü 1962-ci il təvəllüdlü Rüstəm Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca