Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Amerika vətəndaşlarını qətlə yetirən mühacirlər ölüm cəzasına məhkum edilməlidir.
"Unikal" xəbər verir ki, Donald Tramp bunu Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Əcnəbilərdən təşkil olunan qrupların bütün üzvləri toplanaraq həbs edilməli və ya ölkədən qovulmalıdır. Əgər onlar geri dönsələr şərti azad edilmə imkanı olmadan 10 il həbs cəzası almalıdırlar. Mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən mühacirlər üçün ölüm cəzasını dəstəkləyirəm”, - deyə sabiq prezident bildirib.
Bundan əvvəl ABŞ-ın qanunsuz mühacirlərdən təşkil olunan cinayətkarlar tərəfindən işğal edildiyini vurğulayan Donald Tramp noyabrın 5-də keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə həmin günün “Amerikanın qurtuluş günü” olacağını demişdi.