"Qalatasaray"ın kapitanı Fernando Muslera klub alıb.

"Unikal" xəbər verir ki, 38 yaşlı qapıçı ölkəsi Uruqvayda 3-cü liqa təmsilçisi "Sportivo Bella ltalia"nın səhmlərinə sahib olub.

Mövsümün sonunda İstanbul klubundan ayrılacaq futbolçu ölkəsinə qayıdaraq kluba rəhbərlik edəcək.

Xatırladaq ki, Muslera 2011-ci ildən "Qalatasaray"da çıxış edir.