Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə məğlub olub.

"Unikal" xəbər verir ki, tsiklin son matçını səfərdə keçirən Samir Əliyevin rəhbərlik etdiyi kollektiv rəqibinə 7:0 hesabı ilə uduzub.

Qarşılaşma Bristol şəhərindəki "Eşton Qeyt" stadionunda baş tutub.

Qeyd edək ki, Azərbaycan millisi turnir cədvəlini 3 xalla sonuncu pillədə başa vurub.