Moskvanın cənub-qərbində iş adamı Viktor Mişaçevin avtomobilini partlatmaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın İstintaq Komitəsi məlumat yayıb.
“Moskva İstintaq Komitəsinin müstəntiqlərinin və əməliyyat hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlaqələndirilmiş işi sayəsində Moskvanın cənub-qərbində iki və ya daha çox şəxsi öldürməyə cəhddə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb”, - deyə məlumatda bildirilri.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, saxlanılan şəxs 51 yaşında və moskvalıdır.
Cinayət işinin istintaqını Moskva prokurorluğu nəzarətə götürüb.
Xatırladaq ki, Moskvanın cənub-qərbində əldəqayırma partlayıcı qurğu biznesmenin avtomobilinin altına atılıb. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onların arasında iş adamı Viktor Mişaçev və onun altı yaşlı oğlu da var. Mişaçev Moskva, Sankt-Peterburq, Kazan və Yekaterinburqda kosmetika, əyləncə, restoran və barlar şəbəkəsi satan şirkətin benefisiarıdır.