Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddə dövriyyədən çıxarılıb.
Bu barədə "Unikal"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verilib.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitənin ümumilikdə dəyəri 130 milyon 931 min AZN kimi qiymətləndirilir.