“Dünyada təmiz suya əlçatanlıq böyük problemdir. Bu problemdən də ən çox qadınlar əziyyət çəkir”.
“Unikal” xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil: “Bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik. Ölkəmizdə təmiz suya əlçatanlığın artması üçün bir sıra işlər görülür. Bu, çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində və bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”.