Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib.
"Unikal"ın “Qafqazinfo”ya istinadən məlumatına görə, general İbrahimov sərəncama götürülüb.
Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
Qeyd edək ki, Azər İbrahimov 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına rəis təyin edilib.