Dünən Sumqayıtda maşın vuran 70 yaşlı kişi ölüb

"Unikal" xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

1954-cü il təvəllüdlü Elyaz Muxtar oğlu Məmmədov yolu keçmək istəyərkən avtomobil onu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.