"Bir qrup partiyalar hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir:
"Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni, heç bir vəsait daxil olmayıb. Ondan sual çıxır ki, müəyyən partiyaların rəhbərləri 20 ildir işləmir. Bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır".
Anar Kəlbiyev