Dünyanın 19 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni üzv təyin olunub.
"Unikal" xəbər verir ki, Ahmet Doğan T.C. Ziraat Bankasındakı əmək faəliyyətinə 2009-cu ildə Bahçekapı İstanbul Girişimci filialında kiçik mütəxəssis kimi başlayıb. Daha sonra ardıcıllıqla İkitelli İstanbul filialında menecer, Pərakəndə Kreditlərin Ayrılması və İdarə Edilməsi departamentində menecer, Pərakəndə Filial Bankçılığında menecer və müdir vəzifələrində fəaliyyət göstərdikdən sonra son olaraq Pərakəndə Portfelin İdarəsi departamentində müdir vəzifəsində fəaliyyətini davam etdirən Ahmet Doğan zəngin bank təcrübəsinə malikdir.
Qeyd edək ki, Ahmet Doğan artıq "Ziraat Bank Azərbaycan"ın Kreditlərin Ayrılması və İdarə Edilməsi Qrupunu kurasiya edir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.