Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bildirilib.
Saat 20.07-də episentri Adananın Kozan rayonunda olan zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
*** 19:43
Türkiyədə zəlzələ olub.
"Unikal" TRT-yə istinadən xəbər verir ki, yeralı təkanlar Çanaqqala sahillərində 4,3 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 9,02 kilometr dərinlikdə olub.