ABŞ-nin Şimali Karolina ştatında yaşayan Cerri Hiks yolda təsadüfən tapdığı 20 dollarlıq əskinasla həyatını dəyişib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Banner Elk qəsəbəsində dülgər işləyən Hiks ərzaq mağazasının dayanacağında yerdə 20 dollar tapıb və pulu lotereya bileti almaq üçün istifadə edib.
Hiksin seçdiyi bilet ona 1 milyon dollarlıq mükafat qazandırıb. O, pulu uşaqlarına kömək etmək və dülgərlik karyerasında 56 ildən sonra təqaüdə çıxmaq üçün istifadə etməyi planlaşdırdığını açıqlayıb.
Gülayə Mecid