Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən hadisə oktyabrın 26-sı saat 19 radələrində rayonun Uzunbabalı kəndi ərasində baş verib.

"Rayon sakini Hüseyn Məmmədov idarə etdiyi “Xəzər” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alıb. Araşdırmalar aparılır.", - deyə məlumatda qeyd olunub.

Anar Kəlbiyev