"Göstərilir ki, təlimlərə cəlbolunma müddəti 18 aydan yuxarı ola bilməz. Bilirsiz ki, bizdə ali təhsil müəssisələrini bitirmiş şəxslər 12 ay, digərləri isə 18 ay hərbi xidmət keçirlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Əgər bu şəxslər ali məktəbi bitirənlərdirsə, belə çıxır ki, bunların təlimə cəlbolunma müddəti özünün həqiqi hərbi xidmət keçmə müddətindən 6 ay artıq olmalıdır. Buna da aydınlığın gətirilməsi yaxşı olardı", - deyə deputat bildirib.
Anar Kəlbiyev