“Mançester Siti”nin futbolçusu Rodri “Qızıl top”u qazanmasından danışıb.

"Unikal" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu sözləri deyib: 

"Mançester Siti" dünyanın ən yaxşı klubudur. Bütün kluba "çox sağ ol" deyirəm. Siz çox xüsusisiniz. Bilirəm ki, "Mançester Siti"siz heç nə edə bilməzdim. “Qızıl top”un sahibi olmaq gerçəkləşən arzudur, əsl şərəfdir”.

Qeyd edək ki, Rodri mükafat üçün səsvermədə "Real"ın və Braziliya yığmasının hücumçusu Vinisius Junioru qabaqlayıb. 3-cü yeri isə "Real"dan Cud Bellinqem tutub. "Qızıl top"un mükafatlandırılma mərasimi isə ötən gecə keçirilib.