30 oktyabr 2024-cü il tarixdə 67 saylı Sabirababd Seçki Dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri ilə görüşüb, onların müraciətlərini dinləyib.
"Unikal" xəbər verir ki, deputat seçiciləri fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.