"Vaşinqtonun jurnalistlərə münasibəti media azadlığı prinsiplərinə ziddir və qəbuledilməzdir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Amerika hava limanında “İzvestiya” jurnalistlərinin saxlanmasına münasibət bildirib.
"Media nümayəndələrinə qarşı bu cür münasibət ABŞ hakimiyyətinə heç də xoş görünmür, xüsusən də jurnalistlər bütün rəsmiyyətləri yerinə yetirib içəri girmək üçün icazə alıblar. Onlara qarşı bu cür münasibət, yəqin ki, media azadlığı prinsiplərinə ziddir və əlbəttə ki, bizim üçün bu, qəbuledilməzdir ”, - deyə Peskov yekunlaşdırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Amerika hakimiyyətinin bu cür hərəkətləri Rusiya tərəfinin müvafiq reaksiyası olmadan qalmayacaq.
Xatırladaq ki, oktyabrın 30-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu ölkədə keçirilən prezident seçkilərini işıqlandırmaq üçün ştatlara gələn rusiyalı jurnalistlərin Amerika hava limanında saxlanıldığını bildirib.
Gülayə Mecid