İran hakimiyyəti "iphone" smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi özünün "X" hesabında məlumat verib. 

Bildirilib ki, "iphone"nin ölkə daxilində idxalı və qeydiyyatı üçün yaxın vaxtlarda yeni mexanizm tətbiq olunacaq. 

Qeyd edək ki, mayın 30-da İran ölkəyə istənilən nəsil "iPhone" smartfonlarının idxalına qadağa tətbiq edib.

Xatırladaq ki, 2017-ci ildə Amerikanın "Apple" korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə İran istifadəçilərinin bütün mobil proqramlarını "App Store"dan silib.

Zərifə Nağıyeva