Korporativ sosial məsuliyyət layihələrində “Təbiətə Yaxın Bankçılıq” şüarını da əsas tutan "Bank of Baku" ətraf mühitin, təbiətin qorunmasına istiqamətlənmiş layihələrini davam etdirir.
"Unikal" xəbər verir ki, 30 oktyabr tarixində "Bank of Baku"nun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə əl-ələ verək” mesajını vurğulayan ağacəkmə aksiyasında "Bank of Baku"nun rəhbərliyi və əməkdaşları iştirak edib.
COP29 ərəfəsində keçirilən aksiyanın əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq, ölkəmizdə ərazilərin yaşıllaşdırılmasına töhfə vermək, həmçinin dünyada ekologiya ilə bağlı baş verən proseslərə diqqət çəkmək və yaşıllıqların əhəmiyyətini xatırlatmaqdır.
Ekoloji aksiyada Bakı-Abşeron ərazisinin torpaq-iqlim şəraitinə rahat uyğunlaşması ilə seçilən 300-dən çox Eldar şamı və Zeytun ağacları əkilib.
Qeyd edək ki, bundan əvvəl "Bank of Baku" Xəzərin Bilgəh sahilində 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanmasını həyata keçirmişdi.
"Bank of Baku"nun “Təbiətə Yaxın Bankçılıq” şüarı altında istər bank daxilində, istərsə də ictimaiyyətə yönəlik dünyanın qorunmasına, təbiətin mühafizəsinə, təbii resurslardan qənaətli istifadəyə səsləyən maarifləndirmə işləri və tədbirləri davam edir.
Məlumat üçün bildirək ki, 30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.