"SpaceX"in baş direktoru İlon Maskın son iki ildə Rusiya prezidenti Vladimir Putinlə “gizli söhbətlər” aparması ilə bağlı şayiələr fonunda Kremlin sahibkarı tez-tez hədələdiyi üzə çıxıb.

"Unikal" xəbər verir ki,  bu barədə "Forbes" jurnalı yazıb. 

Nəşr bunun səbəbinin Ukraynaya yardım ola biləcəyini qeyd edib. 

"Forbes"  qeyd edir ki, "SpaceX" rəhbəri müharibə başlayandan dərhal sonra Ukraynaya çoxlu sayda Starlink ötürücüləri göndərməyə başlayıb. Tezliklə "Roskosmos"un o vaxtkı baş direktoru Dmitri Roqozin Maskı "faşist qüvvələri" avadanlıqla təmin etdiyi üçün hədələməyə başlayıb. 

Roqozin ukraynalı hərbçilərin Starlink internet terminallarından öz məqsədləri üçün istifadə etməsindən hiddətlənib. O əlavə edib ki, avadanlıqların tədarükü Pentaqonun dəstəyi ilə həyata keçirilib.

Agentlik yaxın iki il ərzində Kremldən Maska qarşı təhdid axınının edildiyini vurğulayıb. Onlar həm milyarderin özünü, həm də şirkətini narahat edir. 

Gülayə Mecid