"Qərb israrla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində xidmətlər tətbiq edir".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyinə dair beynəlxalq konfransda deyib.

"Qərb Avrasiya qitəsinin digər hissələrində öz dağıdıcı fəaliyyətini dayandırmır, o, öz xidmətlərini israrla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəldir", - Lavrov bildirib.

Nazir qeyd edib ki, 20 illik işğaldan sonra Əfqanıstanı tərk edən ABŞ və onun müttəfiqləri bu ölkədə vəziyyətin sabitləşdirilməsinin kövrək prosesinə müdaxilə etmək istəyir, Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğu üçün də bəhanələr uydururlar.

Ağarza Elçinoğlu