Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, “İmişli” və “Cəbrayıl” komandaları qarşılaşıblar. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşan görüş nominal meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib. Mərkəzi Aran təmsilçisi 1/8 finalda “Kəpəz”ə rəqib olub.
İkinci təsnifat mərhələsinə hazırda davam edən “Qəbələ” - “Baku Sportinq” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” isə “Şəfa”nı 3:2 hesabı ilə üstələyərək 1/8 finala vəsiqə qazanıb.